Gəncədə zəncirvari qəza: azyaşlı xəsarət aldı - FOTO

Gəncədə zəncirvari qəza olub.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Şah İsmayıl prospektində baş verib.
Belə ki, 1966-cı il təvəllüdlü Rövşən Zülfüqarovun idarə etdiyi "Mercedes E class”, 1983-cü il təvəllüdlü İlham Əzimovun idarə etdiyi "Mercedes C class” və 1985-ci il təvəllüdlü Ruzi Məmmədovun idarə etdiyi "VAZ 2106” markalı avtomobillər bir-biri ilə toqquşublar.
Hadisə şahidlərinin məlumatına görə, qəzaya səbəb Rövşən Zülfüqarovun dönmə hərəkətini düzgün yerinə yetirməməsi olub.
Qəza nəticəsində İ.Əzimovun avtomobildə olan azyaşlı övladı xəsarət alıb.
Dərhal Gəncə şəhər 2 saylı Uşaq xəstəxanasına çatdırılan körpəyə tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini qənaətbəxş olaraq qiymətləndiriblər.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib