• $
  • €
  • ₽
  • ₺
  • £

Qadının evinə basqın edən şəxslərə hökm oxunub

Qadının evinə basqın edən şəxslərə hökm oxunub
17.07.2019 22:00
Bakı Ağır Cinayətlər Məhkəməsində mənzilə basqın etməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Ələddin Muradov, 1991-ci il təvəllüdlü Orxan Məmmədov və 1992-ci il təvəllüdlü Şamxal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. 

Hökmə əsasən, Ələddin Muradov 13 il 6 ay, Orxan Məmmədov 13 il, Şamxal Həsənov isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən il Dilarə Əhmədovanın evinə basqın edərək ona fiziki güc tətbiq ediblər. Daha sonra D. Əhmədovaya bədən xəsarətləri yetirərək mənzildən 11 min 376 manatlıq oğurluq edib, əsasən qızıl-zinət əşyaları ələ keçiriblər. 

Onlara Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə) maddəsi ilə ittiham irəli sürülüb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol