• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA "əməkhaqqı" sözünün yeni lüğətdən çıxarılmamasına qərar verib - EKSKLÜZİV

AMEA "əməkhaqqı" sözünün yeni lüğətdən çıxarılmamasına qərar verib - EKSKLÜZİV
29.05.2020 12:24
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının iclasında yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən "əməkhaqqı" sözünün çıxarılması müzakirə edilib.

Bu barədə "Report”a İnstitutun direktoru, akademik Möhsün Nağısoyludeyib.

Onun sözlərinə görə, Şuranın iclasında "əməkhaqqı" sözünün yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə saxlanılması qərara alınıb: "Elmi Şuranın iclasında mütəxəssislərlə birlikdə "əməkhaqqı" sözü ilə bağlı müzakirələr aparıldı. Bu sözün dilimizdə artıq daşlaşması diqqətə çatdırıldı. Ümumiyyətlə, biz dilimizdə daşlaşan sözlərə toxunmayacağıq. Çünki bu söz hamı tərəfindən qəbul edilib. Cəmiyyətdə çaşqınlıqların yaranmaması üçün "əməkhaqqı" sözünün yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən çıxarılmaması qərarı verildi”.

Qeyd edək ki, M.Nağısoylu bir müddət əvvəl "əməkhaqqı" sözünün yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən çıxarılmasının gündəmdə olduğunu deyib. Akademik "əməkhaqqı” sözünün əvvəlki lüğətlərdə (1960 və 1975-ci illərdə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti") olmadığını bildirib. O, bu sözün mürəkkəb söz və ikinci növ təyini söz birləşməsi olduğunu vurğulayıb.

Xatırladaq ki, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əvvəlki orfoqrafiya lüğətində olmayan 4000 yeni söz daxil edilib, əvvəlki lüğətdə olan, təxminən, 1000-dək söz isə yeni lüğətə salınmayıb.

"Azərbaycan dilinin orfoqrafiya lüğəti", təqribən, 5 ildən bir hazırlanır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol