• $
  • €
  • ₽
  • ₺
  • £

“RİA Novosti” Azərbaycanla bağlı səhvini düzəltdi

“RİA Novosti” Azərbaycanla bağlı səhvini düzəltdi
03.09.2014 10:37
Rusiyanın "RİA Novosti"("Rossiya Seqodnya") Beynəlxalq İnformasiya Agentliyi qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyinin” 23 illiyi barədə dərc etdiyi məqalədə Azərbaycana qarşı yola verdiyi informasiya təxribatını qismən aradan qaldırıb.

APA xəbər verir ki, agentlik məqalənin sərlövhəsini redaktə edib, Azərbaycanın ərazi bütövlüyü və tarixinin tərif olunduğu abzas isə tamamilə yazıdan çıxarılıb. Lakin məqalədə yaxın onilliklərdə baş vermiş hadisələr və faktların ermənilərin lehinə saxtalaşdırılması ilə bağlı daha bir neçə cümlə saxlanılıb.Xatırladaq ki, bu gün APA və vesti.az saytı “Ria Novosti” agentliyinin Azərbaycana qarşı informasiya təxribatına yol verməsi barədə xəbər və yazı yayıb. Azərbaycanın digər tanınmış xəbər resursları da bu məlumatı dərc etmişdi. Bundan sonra isə “Ria Novosti” məqaləsinə bəzi dəyişiklər edib.Qeyd edək ki, təxribat xarakterli belə materiallar indiyə kimi də "RİA Novosti" agentliyində dərc olunub. 2013-cü ilin fevralında agentliyin müəllifi Vadim Dubnov tərəfindən yazılan "Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşmişdir" adlı məqalə dərc olunub. Həmin hadisə rəsmi Bakının Rusiyaya etiraz notası verməsi ilə nəticələnib. Notadan sonra agentlik həmin yazını saytdan çıxarıb.Hazırda agentliyin baş direktoru Dmitri Kiselyov, baş redaktoru isə Marqarita Simonyandır.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol