• $
  • €
  • ₽
  • ₺
  • £

"Beşmərtəbə"də "Shacman"lar da avtoşluq edir - VİDEO

"Beşmərtəbə"də "Shacman"lar da avtoşluq edir - VİDEO
02.09.2014 19:12
Qəza kameralar vasitəsilə qeydə alınıb

Yük maşınlarının iştirakı ilə törədilən yol qəzaları nəinki bölgələrdə, elə paytaxt Bakıda da az deyil.ANS PRESS Avtosfer.az saytına istinadən həmin qəzalardan birinin görüntüsünü təqdim edir. Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəza paytaxtın "beşmərtəbə" adlanan ərazisində baş verib.Yüksək sürətlə hərəkət edən "Shagman" markalı yük maşını sağa dönərək "Azdrama" tərəfə qalxmaq istəyir. Lakin onun hərəkət sürəti olduqca yüksəkdir və belə sürətlə o cür döngəyə girmək mümkün deyil. Elə bu cür də olur. Yük maşını dönməyə çalışdığı anda iki təkər üstə qalxır və gəldiyi sürətlə də aşır. Amma aşana qədər bir neçə metr məsafə qət edən "Shagman" yol kənarında dayanmış "Mercedes" markalı minik maşınının üstünə yuvarlanır və səkiyə yıxılır. Əlbəttə, biz bu görüntüləri sadəcə bir qəza görüntüsü olaraq təqdim etmirik. Məqsədimiz odur ki, bu cür görüntülərdən nəticə çıxaranlar olsun. Məsələn, yəqin ki, bu videonu izləyəndən sonra heç bir "Shagman" sürücüsü həmin ərazidə sürət həddini aşmayacaq. Biz buna, sadəcə, inanmaq istərdik. Lakin bu videogörüntüdən belə aydın olur ki, "Shagman" sürücüsü özünü "beşmərtəbə"də avtoxuliqanlıq edən "07" sürücülərinə bənzətmək istəyib və onların hərəkətlərini təkrar etməyə çalışıb. Axırı isə belə oldu.Avtosfer.az həmin qorxunc qəzanın videosunu təqdim edir:

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol