• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda "avtoş" əməliyyatı - Kütləvi həbslər

Bakıda "avtoş" əməliyyatı - Kütləvi həbslər
20.07.2019 13:47
Dünən Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə jurnalislərin iştirakı ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik tədbirlər zamanı Sabunçu rayonu ərazisində 6 avtoxuliqan saxlanılıb.

BAKU.WS xəbər veir ki, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarını pozan sürücülərdən Rəvan Qasımovun avtonəqliyyat vasitələrini idarə etmək hüququ 1 il məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati həbs olunub.

Digərləri Nadir Sultanov, Zaur  Cabbarov, Sahib Cabbarov, Samir Əliyev və Əziz Rzayevin sürücülük hüququ 1 il məhdudlaşdırılmaqla 15 gün müddətinə həbs olunub. 

Saxlanılan avtoxuliqanlar barədə toplanan materiallar rayon məhkəməsinə göndərilib. Onlar qanunvericiliyin müvafiq maddələri ilə təqsirli bilinərək barələrində sürücülük hüquqları məhdudlaşdırılmaqla həbs olunublar. 

Qeyd edək ki, avtoxuliqanlığa görə Yasamal rayonu ərazisində 2, Binəqədi rayonunda 1 avtoxuliqan müəyyən olunub. Onlar barəsində də toplanmış materiallar müvafiq rayon məhkəmələrinə göndərilib. 
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol