• $
  • €
  • ₽
  • ₺
  • £

Narkoloji Mərkəzdə yanğına görə təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib

Narkoloji Mərkəzdə yanğına görə təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib
22.07.2019 19:00
Bakı Apelyasiya Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilən mərkəzin keçmiş direktoru Telman Məmmədhəsənov, mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın barələrində olan hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək təqsirləndirilən şəxslərin verdiyi apelyasiya şikayətinin təmin edilməməsini istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək müvəkkilləri barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Daha sonra mərkəzin direktoru T.Məmmədhəsənov, mərkəzin işçisi M.Abdullayev, yanğını törətməkdə təqsirləndirilən M.Məmmədov və onun həkimi, şöbə müdiri A.Məmmədova saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T. Məmmədhəsənov 4 il, M. Abdullayev 3 il 6 ay və M. Məmmədov isə ömürlük azadlıqdan məhrum edilib. Eyni zamanda, hökmə əsasən, digər təqsirləndirilən A.Məmmədova 5 il müddətinə azadlıqdan məhrum olunub və ona Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə şərti cəza verilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol