• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana gələn turistlərin sayı artıb

Azərbaycana gələn turistlərin sayı artıb
22.07.2019 21:00
Bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1 410,7 min və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

ONA-nın xəbərinə görə, Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, hesabat dövründə Azərbaycana gələnlərin 29,4%-i Rusiya, 24,3%-i Gürcüstan, 10,5%-i Türkiyə, 7,5%-i İran, 2,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,4%-i Səudiyyə Ərəbistanı, hər birindən 1,9% olmaqla Ukrayna və Hindistan, 1,5%-i Türkmənistan, hər birindən 1,4% olmaqla Böyük Britaniya, Qazaxıstan və İraq, 1,3%-i Pakistan, 12,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 68%-ni kişilər,  32%-ni isə qadınlar təşkil edib.

Azərbaycana yanvar-iyun aylarında gələnlərin sayında daha çox artım Misir (83,1%), Türkmənistan (81%), Hindistan (80,3%), Çin (77,1%), Səudiyyə Ərəbistanı (76,7%), Macarıstan (52,4%), Böyük Britaniya (35,7%), Kanada (30,8%), Cənubi Koreya (29,5%), Almaniya (27,2%), Yaponiya (24,6%), Pakistan (24,4%), Gürcüstan (22,8%) və Polşa (20,2%) vətəndaşları arasında qeydə alınıb.

Hesabat dövründə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24,3% artaraq 66,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 5% artaraq 502,5 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59%-i dəmir yolu və avtomobil, 40,2%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol