• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” mətbuat nümayəndələrini təbrik edib

“Nar” mətbuat nümayəndələrini təbrik edib
22.07.2019 17:57
Milli Mətbuat Günü münasibətilə "Nar” mətbuat nümayəndələri üçün xüsusi tədbir təşkil edib.

Anews.az xəbər verir ki, 32 media orqanını təmsil edən 58 mətbuat nümayəndəsinin iştirakı ilə xüsusi əyləncəli bilik yarışması keçirilib. Yarışmada ümumi biliklərlə yanaşı, milli və dünya mətbuatının tarixi əhatə olunurdu.

"Nar” mətbuat xidmətinin rəhbəri Əziz Axundov tədbirdə çıxış edərək media nümayəndələrini bayram münasibətilə təbrik edib. Ə.Axundov hər zaman "Nar”ın nailiyyətlərini işıqlandırdıqlarına görə media orqanlarına minnətdar olduqlarını qeyd edərək şirkətin mətbuatla əlaqələrə xüsusi diqqət yetirdiyini bildirib.
2 saatdan çox davam edən bilik müsabiqəsində hər biri 5 nəfərdən ibarət, 12 komanda iştirak edib. "Molla Nəsrəddin”, "Həyat” və "Şərqi rus” komandaları müvafiq olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutdular. Qalib komandalar "Nar”dan dəyərli hədiyyələr qazanıb.

Qeyd edək ki, 22 iyul Azərbaycan Respublikası Milli Mətbuat və Jurnalistika günü qeyd olunur. Bu gün milli mətbuat tarixinin başlanğıcı hesab olunan Həsən bəy Zərdabinin 1875-ci ildə təsis etdiyi "Əkinçi” qəzetinin ilk sayının nəşr edildiyi gündür.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93 faizini əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.









www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol