• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda DƏHŞƏTLİ QƏZA - 7 maşın toqquşdu – VİDEO

Bakıda DƏHŞƏTLİ QƏZA - 7 maşın toqquşdu – VİDEO
23.07.2019 09:52
ABakının Nərimanov rayonunda 7 maşının toqquşması nəticəsində 5 nəfər yaralanıb.

Anews.az APA-ya istinadən xəbər verir ki, Ziya Bünyadov prospektində hərəkətdə olan "Schacman" markalı yük maşını 2 ədəd "Mercedes", "Volkswagen", "Ravon", "BMW" markalı maşınlara çırpılıb.

Hadisə nəticəsində bir ailənin 3 üzvü, "Volkswagen"-də olan 2 nəfər xanım xəsarət alıb. 

Hadisə yerinə Təcili Tibbi Yardım və DYP əməkdaşları cəlb olunub. Qəzadan sonra ərazidə ciddi tıxac yaranıb.

İlkin məlumata görə, hadisəyə səbəb "Schacman" markalı yük maşınının sürücüsü olub.


Qəza nəticəsində "BMW" markalı minik maşınında yaralanan bir ailənin 3 üzvünün kimliyi bəlli olub.

"BMW"-nin sürücü 54 yaşlı Əhmədov Şirxan İlya oğlu qol və baş nahiyəsindən, onun həyat yoldaşı, 54 yaşlı Quliyeva Reyhan Gəray qızı və övladları 24 yaşlı İlyaszadə Mirvari Şirxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, tuneldən çıxan yük maşını yüksək sürətlə hərəkətdə olub.

Ziya Bünyadov prospektində baş vermiş son iki yol qəzası səbəbindən DYP əməkdaşları tərəfindən hazırda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə "Qələbə" dairəsi istiqamətindən Nərimanov rayonu ərazisinə gedən yoldakı tunelə giriş-çıxışa məhdudiyyət qoyulub.

Faktla bağlı araşdırma aparılır. 
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol