• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı polisi ayağa qalxdı – VİDEO

Bakı polisi ayağa qalxdı  – VİDEO
23.07.2019 10:35
Binəqədi Rayon Polis İdarəsi kompleks əməliyyat-profilaktik maarifləndirmə tədbiri həyata keçirib.

Anews.az "Yeni Müsavat”a istinadən xəbər verir ki, tədbir çərçivəsində vətəndaşlara ətraf mühitin mühafizəsi, həyat və sağlamlıq məsələləri ilə bağlı izahlar verilib, inzibati xətaya yol verməni vərdişə çevirənlərə cərimələr tətbiq edilib.

Binəqədi rayon Polis İdarəsinin rəhbər heyyətinin iştirakı ilə başlanan tədbir çərçivəsində rayonun əsas küçələrində ümumi görünüşə xələl gətirən, binaların fasadlarında asılan qurutma zivələri ilə bağlı tədbirlər görülüb.

Polis əməkdaşları avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfəri saxlayıblar.

Həmin şəxslərlə proflaktik söhbətlər aparılıb, yaşayış yerləri müəyyən olunub, qeydiyyat ünvanları yoxlanılaraq həmin rayonlara qaytarılmaları təmin edilib.

Belə aydın olur ki, avaraçılıq və dilənçiliyi peşəyə çevirən bu şəxslər Binəqədi ərazisində mənzil kirayələyirlər. Heç bir şəraiti olmayan belə mənzillərdə 10-12 avara və dilənçi gecələyir.

Əsasən şərəhərin mərkəzi küçələrinə "yürüş” edib dilənirlər. İşləmək, əziyyətə qatlaşıb pul qazanmaq haqda heç düşünmək belə istəmirlər.

Küçələrə düşüb dilənməkdir peşələrinin adı. Polislərin proflaktik söhbətləri də belə görünür ki, bu adamlara xoş deyil. Naəlac dayanıb söhbətə qulaq asır, tezliklə gəldikləri rayona qaytarılacaqları saatı gözləyirlər. Yenidən Bakıya qayıtmayacaqlarını da kimsə söyləyə bilməz.

Küçələrdə ticarətlə məşğul olanlar da tədbir çərçivəsində  maarifləndirici söhbətlərə cəlb olundular.

İzah edildi ki, ticarətlə xüsusi ayrılmış bazarlarda, Kənd Təssərrüfatı Nazirliyinin təşkil etdikləri yarmarkalarda rahat şəkildə məşğul ola bilərlər. 57 belə fakt müəyyən edildi.

Binəqədi rayonunda antisanitariya ilə bağlı 15 fakt üzə çıxarıldı.

Tədbirdə iştirak edən hüquq mühafizə orqanı əməkdaşlarının sözlərindən belə atdın oldu ki, bəzi sakinlər küçələrin təmiz saxlanılması kimi tələbləri qulaqardı etməyi vərdişə çeviriblər.

Küçələrin zibillənməsi, ərazidə təmizlik normalarının pozulması, epidomoloji fonun çirklənməsi də reydlərdən kənar qalmayıb.


Kompleks əməliyyat-profilaktik tədbirlər çərçivəsində antisanitariya faktları da müəyyən olundu.15 inzibati xəta haqda protokol tərtib olunub.

İlk dəfə belə xətaya yol vermiş vətəndaşlara xəbərdarlıq elan olundu. Bəzi vətəndaşlara isə yol verdikləri antisanitariya əməlləri dəfələrlə təkrar etdiklərinə görə cərimə olundular.

40 manat cərimə küçələri natəmiz saxlamaq vərdişinin yadırğama üçün keçərli üsul hesab olunur.

Belə cərimə ödəyən vətəndaşlar növbəti dəfə zibili küçəyə atmazdan əvvəl ciblərində artıq 40 manat olub-olmamasını aydınlaşdırmaq zorunda qacaqlar.

Müxtəlif cinayətlər törətdiklərinə görə 16 nəfər axtarışda olan saxlanılıb.

Yol hərəkəti qaydaları əleyhinə olan xətalar ümumi rayon ərazisindəki xətaların cəmindən artıqdır.

Tədbirlər çərçivəsində keçirilən reydlər zamanı sürücülərin yol hərəkəti qaydalarını pozmaları ilə bağlı 94 fakt, sükan arxasına sərxoş halda keçən 3, 1 avtoxuliqan, piyadaların yolun müəyyən edilməyən hissədən keçmələri ilə bağlı 54 fakt müəyyən olunaraq qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq tədbir görüldü.

Piyadaların yolun nəzərdə tutulmayan hissəsindən keçmələri, xüsusilə öz həyatlarını riskə ataraq yola çıxmaları dəfələrlə qəza şəraitinin yaranması ilə müşayət olundu.

Hüquq mühafizə orqanı əməkdaşlarının maarifləndirici söhbətlərinə, piyadaların yolun nəzərdə tutulan hissəsindən – zebradan keçməli olmaları iradlarına  "tələsirəm” deməklə haqq qazandıran piyadalar az deyildi.

Həyatlarını riskə atmalarına, sürücülərin həyatını alt-üst edəcək addımlarına haqq qazandırmaq üçün tələsdiklərini dönə-dönə deyir, tələskənliyin həyatları bahasına başa gələcəyinin fərqinə də varmırdılar.

Yolda tələskənliyin hansı nəticələrə gətirib çıxara biləcəyi ilə bağlı proflaktik söhbətlər vətəndaşların taleləri haqda düşünməyə bir vasitə idi.

Ümumilikdə gün ərzində 100-lə Binəqədi sakini ilə həyat və sağlam lıq üçün maarifləndirici söhbətlər aparıldı, inzibati xəta hərəkətlərinə yol verməmələri izah olundu. 
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol