SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Dövlət Yol Polisi İdarəsi vacib məlumat yaydı

Bakıda keçirilən Avropa Gənclərin Yay Olimpiya Festivalı ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti günün müəyyən saatlarında dəyişdiriləcək.
Anews.az xəbər verir ki, velosiped yarışlarının keçirilməsi ilə əlaqədar olaraq 23 iyul tarixində saat 16:00-dan 20:00-a qədər Salyan yolunun 14-cü km-dən Bibiheybət məscidinə qədər nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Eyni zamanda, iyulun 24-ü və 25-də əsas yarışların keçirilməsi ilə əlaqədar "Azneft" dairəsindən başlayaraq Saylan şosesinin 14-cü km-ə qədər, həmçinin Bayıl qəsəbəsi istiqamətində olan küçə və prospektlərdə səhər saat 9:00-dan 13:00-a və 16:00-dan 20:00-a qədər nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib