• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisti ailəsini qıran məmur oğlunu bağışlamadı

Xalq artisti ailəsini qıran məmur oğlunu bağışlamadı
02.09.2014 12:56
Həyat yoldaşı və azyaşlı nəvəsi faciəli şəkildə ölən Xalq artisti Ağasəlim Abdullayev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovu bağışlamayacaq.Bunu xalq artisti AzVision.az-a açıqlamasında peşman Xalid Mədətovun peşman olmasına baxmayaraq, onu bağışlamayacağını bildirib.“Xalid Mədətovun bağışlanmasından heç söhbət də gedə bilməz. Onu heç vaxt bağışlamayacağam. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirkar Xalid Mədətovun məhkəmə prosesi keçirildi .O peşmanlıq keçirdiyini, kompensasiya ödəmək istədiyini dedi. Ancaq onun kompensasiyası mənim nəyimə lazımdır. Onun ödəməsi mənim ölənlərimi geri qaytara bilməz. Məhkəmədə hər şey sübuta yetirildi. Məndən heç soruşanda olmayıb ki, onu bağışlayırsan, ya yox. Əvvəla bunu bağışlamazlar axı. Onu mən necə bağışlaya bilərəm ki, mənim iki nəfərimi öldürüb , o böyüklükdə mənə zərbə vurub. Növbəti məhkəmə prosesi sentyabrın 4-də baş tutacaq”-deyə tarzən konpensasiyanı qəbul etməyəcəyini bildirib. Qeyd edək ki, martın 15-i gecə saatlarında tanınmış tarzən Ağasəlim Abdullayev və ailə üzvləri Zığ yolu şosesində avtoqəzaya düşüblər. Hadisə zamanı A.Abdullayevin həyat yoldaşı Brilyant Abdullayeva və azyaşlı nəvəsi həlak olublar. Yol nəqliyyat hadisəsinin "Mersedes-Benz G-55" markalı avtomobilin sürücüsü Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.Sürücü Xalid Mədətov barəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.X.Mədətov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol