• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ generalı Ərdoğanı “çevriliş”lə hədələdi

ABŞ generalı Ərdoğanı “çevriliş”lə hədələdi
23.07.2019 19:29
Türkiyənin F-35 proyektindən kənarlaşdırılması üçün çalışan müttəfiqlər bununla da kifayətlənmək istəmirlər.
Musavat.com xəbər verir ki, qlobal media şəbəkəsini idarə edən İsrail lobbisi Ərdoğandan sonrakı dövrə hazırlıq çağırışları edir.
İttifaq üzvləri isə Türkiyəni NATO-dan da çıxararaq, Ankaraya bunun bədəlini ödətmək istəyirlər.
"Bütün bunlar onu göstərir ki, qərb dünyasının tək dərdi Türkiyənin Rusiyadan S-400 alması deyil, bu məsələ daha böyük çevrilişlər üçün sadəcə bəhanədir”, – məlumatda deyilir.
Türkiyəyə qarşı mütləq böyük cəza tədbirlərinin görülməsi fikrində olan "Vol strit” (Wall street) jurnalının əməkdaşları media vasitəsilə kəskin fikirlər bəyan edir.
"Ərdoğana sonsuzadək iqtidarda olmayacaq. Ondan sonra gələcək şəxs qərbə düşmənlik məsələsini bir daha düşünməlidir. Türkiyəyə cəzasını Tramp verməsə də, müttəfiqlər verəcək”, – deyə bir yazıda qeyd olunub.
ABŞ ordusunun sabiq generalı Ben Hoces də dəvət aldığı verilişdə "Ərdoğandan sonranı” düşünməliyik çağırışını edib.
"Türkiyə-ABŞ əlaqələrinin ilk versiyası çox güman ki, bu il sona çatacaq. Lakin biz bu əlaqələrin ikinci versiyası və Ərdoğansız Türkiyə haqda düşünməliyik. Rusiyadan S-400 alınması isə Ərdoğanın sadəcə şəxsi istəyilə gerçəkləşib”.
"Bəs Ərdoğan hakimiyyətdə qalmağa davam etsə?” – sualına cavab olaraq Hoces deyib: "Bu, çox çətin olar hər kəs üçün. Lakin hər iki tərəf geostrateji çərçivədə hərəkət etməlidir. Türkiyəni itirməyi gözə ala bilmərik”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol