• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirliyin əməkdaşı 10 min manat rüşvətə görə həbs olundu

Nazirliyin əməkdaşı 10 min manat rüşvətə görə həbs olundu
23.07.2019 23:10
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki əməkdaşı rüşvət almaqda ittiham edilir. Beyləqan şöbəsində vəzifə tutmuş Mehdi Abdullayev və Novruz Alkərəmov cinayət məsuliyyətinə cəlb olunub.

Anews.az Bizimyol-a istinadən xəbər verir ki, nazirlik əməkdaşları məhkəmə qarşısına çıxarılıb. 10 min manat rüşvət almaqda ittiham olunan Mehdi Abdullayev hakimin suallarını cavablandırıb. Baş məsləhətçi işlədiyini deyən təqsirləndirilən şəxs rüşvət vermiş Teymur Aslanovu tanımadığını bildirib. Deyib ki, işi ilə əlaqədar çoxlu adamlarla görüşür: "Görəndə tanımadım. İlk dəfə istintaqda gördüm”.

Mehdi Abdullayevin fikrincə, cinayət işi quramadır, bunu xüsusi təşkil ediblər. Teymur Aslanovdan torpaq sahəsi ayrılması üçün 10 min manat almadığını söyləyib. "Ona şəklimi göstərib deyiblər ki, bu adamdan şikayət elə. O da eləyib”, – təqsirləndirilən belə deyib.


Mehdi Abdullayev hakimin bir çox suallarına dəqiq, dolğun cavab verə bilməyib. Hakim deyib ki, Teymur Aslanov yük maşını sürücüsüdür, onun təqsirləndirilənə qarşı qərəzli davranışı məntiqli görünmür. Çünki nazirliklə bağlılığı yoxdur, Abdullayevi dayandığı yerdə şərləmək istəməsi inandırıcı səslənmir.

Mehdi Abdulayevə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol