• $
  • €
  • ₽
  • ₺
  • £

“BP”, “PAŞABank” və “Azercell”dən sonra “ADMEDİA” da “Agile” oldu- VİDEO

“BP”, “PAŞABank” və “Azercell”dən sonra “ADMEDİA” da “Agile” oldu- VİDEO
24.07.2019 11:02
İyulun 20-i Binə Atçılıq Mərkəzində yerləşən "ÇAPAR” restoranında "ADMEDİA” reklam agentliyinin əməkdaşları üçün "Agile Mindset”( Çevik Zəka) təlimi keçirildi. Təlim Azərbaycana ilk dəfə "Çevik Zəka” nəzəriyyəsini gətirən həkim-psixiatr , eyni zamanda biznes sahəsində məsləhətçi kimi çalışan Həlimə Qamarlinskaya tərəfindən keçirilib. Həlimə Qamarlinskaya "Çevik Zəka” iş prinsipinin tətbiqi barədə geniş məlumat verərək, agentlik əməkdaşlarını bu istiqamətdə həvəsli və maraqlı olmağa yönləndirib. Həmçinin, "Çevik Zəka”nın dünyanın biznes strategiyasındakı önəmli rolundan, onun prinsiplərindən bəhs edib. Təlim əsnasında iştirakçıların "Çevik Zəka” qabiliyyətinin yoxlanılması üçün nəzəri və praktiki tapşırıqlar həyata keçirilib.

"Çevik Zəka” təliminin insanların düşüncə tərzini inkişaf etdirməsi barədə Həlimə Qamarlinskaya bu sözləri deyib:

"”Çevik Zəka” təlimi əsasında əməkdaşlar daha tez, çevik şəkildə qərarlar verəcək, müştərilərlə mütəmadi görüşlər zamanı işlək bir məhsul ortaya qoyacaqlar. Yəni, bu həm işin effektivliyini artırır, həm layihəyə sərf olunan vaxtı azaldır, həm də müştərilərin ehtiyaclarının davamlı olaraq öyrənilməsinə gətirib çıxarır. Təlimi Azərbaycana ilk dəfə mən gətirmişəm. 13-14 iyun tarixlərində bir neçə şirkət, agentlik və xidmət mərkəzlərinin iştirakı ilə ilk təlim keçirildi. Bu müddət ərzində "BP”, "PAŞABank” və "Azercell” kimi böyük şirkətlər də öz işlərində "Agile” prinsipini tətbiq edirlər. "Agile" prinsipini işləmək üçün əməkdaşlarda "Çevik Zəka" səriştələri inkişaf etməlidir”.

"ADMEDİA” reklam agentliyinin rəhbəri Sabit Məmmədov təlim barədə fikirləriniİqtisadiyyat.Az-la bölüşüb:

"”ADMEDİA” olaraq biz də ”Çevik Zəka” təlimində iştirak etdik və fəaliyyətimizi bunun üzərində qurmağa qərar verdik. Təlimi yüksək səviyyədə qiymətləndiririk. Əməkdaşlarımızın peşəkarlıq qabiliyyətini artıracağını, fəaliyyətlərinə daha geniş prizmadan baxmasına imkan yaradacağını düşünürəm. Birgə əməkdaşlıq çərçivəsində başqa layihələr də həyata keçirəcəyik”.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol