• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kafedə DƏHŞƏTLİ HADİSƏ – Səbəbsiz yerə öldürdü

Azərbaycanda kafedə DƏHŞƏTLİ HADİSƏ – Səbəbsiz yerə öldürdü
24.07.2019 13:46
Quba rayonunda qətl törədilib.

Anews.az Publika.az-a istinadan xəbər verir ki, iyulun 22-də saat 23 radələrində Quba rayonunun Aşağı-Atuc kəndi ərazisindəki kafelərdən birinin qarşısından Aşağı-Xuc kənd sakini Babək Şükürov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Quba RPŞ və rayon prokurorluğu əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş C.Əhmədxanov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, araşdırma aparılır.
İlkin araşdırmalar zamanı məlum olub ki, C.Əhmədxanov dostu ilə kafedə xeyli vaxt oturub. Kafe sahibi ona xeyli vaxtdır yeri məşğul etdiyini deyib və masanı boşaltmasını xahiş edib. Lakin C.Əhmədxanov kafe sahibinin sözünə əməl etməyib və onunla mübahisə etməyə başlayıb. Bu zaman digər masada olan 30 yaşlı Babək həmin şəxsə sakit olmasını bildirib. Daha əvvəl də həbsxana həyatı yaşamış Əhmədxanov Babəkin sözünə əsəbiləşib və onunla dava etməyə başlayıb. O, üzərində gəzdirdiyi bıçaqla kafe sahibini müdafiə edən şəxsə ağır xəsarət yetirərək onu qətlə yetirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol