• $
  • €
  • ₽
  • ₺
  • £

Ruhi xəstəliklərin yarısı 14 yaşa qədər başlayır

Ruhi xəstəliklərin yarısı 14 yaşa qədər başlayır
01.08.2019 17:34
Yeniyetməlik və erkən gənclik illəri həyatımızda bir çox dəyişikliklər yaşadığımız dövrdür. Məzələn, məktəbimizi dəyişirik, evimizdən ayrılırıq, universitetə, yaxud yeni bir işə başlayırıq. Çoxları üçün bunlar həyəcanlı anlardır. Bu anlar həmçinin stress və uyğunlaşma dövrü də ola bilər. Bəzi hallarda, əgər bu hisslər başa düşülmürsə və yaxud idarə edilməzsə əqli xəstəliyə gətirib çıxara bilər. Onlayn texnologiyanın genişlənməkdə olan istifadəsinin heç bir şübhə doğurmayan çoxlu üstünlükləri olduğu kimi özü ilə əlavə problemlər də gətirə bilər. Buna misal olaraq gecə və gündüzün istənilən anında virtual şəbəkələrdən asılılığın artmasını göstərmək olar.  Bir çox yeniyetmələr həmçinin humanitar baxımdan kritik vəziyyət olan münaqişələrin, təbii fəlakətlərin və epidemiyaların baş verdiyi ərazilərdə yaşayırlar. Bu cür situasiyalarda yaşayan gənclər psixi pozğunluq və xəstəliyə xüsusilə meylli olurlar.

Ruhi xəstəliklərin yarısı 14 yaşa qədər başlayır

Ruhi xəstəliklərin yarısı 14 yaşa qədər başlayır, amma əksər hallarda aşkar və müalicə edilmədən davam edir. Xəstəliyin ağırlıq dərəcəsi baxımından depressiya yeniyetmələr arasında psixoloji problemlərin üçüncü əsas səbəbidir. İntihar 15-29 yaşlılar arasında ölümə səbəb olmaqla ikinci yerdə gəlir. Spirtli içkilər və psixotrop maddələrdən istifadə də bir çox ölkələrdə yeniyetmələr arasında yayılmış əsas problemlərdir. Alkoqol və narkotik yoluxucu xəstəliklərdən qorunma vasitələri olmadan cinsi əlaqədə olmaq və təhlükəli avtomobil sürmək kimi riskli davranışlara səbəb olur. Qidalanma rejiminin pozulması da narahatlıq doğuran bir məsələdir.

Əqli möhkəmlilik yaratmağın əhəmiyyətini getdikcə daha çox adam qəbul edir

Xoşbəxtlikdən gənclərə əqli möhkəmlilik yaratmaqda kömək etməyin əhəmiyyətli olması ilə razılaşanların sayı artmaqdadır. Bugünki dünyanın çətinliklərinin öhdəsindən gəlmək üçün bu addım erkən yaşlardan atılmalıdır. Sübutlar getdikcə daha çox göstərir ki, yeniyetmələrin sağlamlıq vəziyyətlərinin yaxşılaşdırılması və qorunması həm qısa, həm də uzun müddətə təkcə yeniyetmələrin sağlamlığı üçün yox, həm də iqtisadiyyat və cəmiyyət üçün də faydalıdır. Belə ki, sağlam gəncliyin nümayəndələri bütövlükdə işçi qüvvəsi kimi, eyni zamanda ailələri və yaşadıqları icma üçün də daha böyük faydalar gətirə bilərlər.

Problemin mahiyyətini daha yaxşı dərk etmək onun qarşısını almağın başlanğıcıdır

Erkən yaşdan əqli möhkəmliliyə nail olmaq üçün daha çox iş görülə bilər. Burada məqsəd yeniyetmələr və gənclər arasında psixoloji pozğunluq və xəstəliklərin qarşısını almaq və ruhi xəstəliklərdən sağalmağa nail olmaqdır. Qabaqlayıcı tədbir görməyə ruhi xəstəliyin ilkin simptom və əlamətlərindən xəbərdar olub onları nə olduqlarını anlamaqla başlamaq olar. Valideynlər və müəllimlər uşaqlara və yeniyetmələrə həyat biliklərini öyrədə bilərlər. Bu bilik və bacarıqlar onlara gündəlik həyatda və məktəbdə üzləşdikləri problemlərin öhdəsindən gəlməyə kömək edər. Məktəblərdə və digər ictimai yerlərdə psixoloji dəstək təşkil etmək olar. Şübhəsiz ki, əqli sağlamlıq pozğunluqlarının müəyyənləşdirilib idarə edilməsi məqsədilə tibb işçiləri üçün müvafiq olaraq təlim kursları təşkil etmək, bununla da  bu işi qaydaya salmaq, yaxşılaşdırmaq və genişləndirmək mümkündür.

Hökümət tərəfindən investisiya, sosial, səhiyyə və təhsil sektorlarının hərtərəfli iştirakı, inteqrasiya olunmuş, dəlil-sübutlara əsaslanan proqramların həyata keçirilməsi gənclərin əqli sağlamlığı üçün olduqca mühümdür. Bu yatırım bir sıra proqramlarla əlaqəli şəkildə həyata keçirilməlidir. Həmin proqramlar gənclərin və yeniyetmələrin özlərinin əqli sağlamlıqlarının qeydinə qalmaları, həmyaşıdlarına kömək etmələri barədə məlumatlılığı artırmalı, həmçinin valideynlərin və müəllimlərin bu məsələdə dostlarına, övladlarına və tələbələrinə necə dəstək olmaları barədə təsəvvür yaratmalıdır. Bu ilki Dünya Əqli Sağlamlıq günündə qarşıya qoyulan əsas məqsəd budur.
 
 
Tərcümə: Məhəmməd  Hüseynov
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol