• $
  • €
  • ₽
  • ₺
  • £

DİM: Bu il keçid balları aşağı salına bilər

DİM: Bu il keçid balları aşağı salına bilər
24.07.2019 18:30
"Bu il keçid balları 20-50 bal daha aşağı ola bilər”.


Bakupost xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.


O bildirib ki, bunu ümumi nəticələri təhlil edərkən demək mümkündür, çünki bu il 650 və daha artıq bal toplayan abituriyentlərin sayı 143 nəfər olub: "Ötən il 650 və daha artıq bal toplayan abituriyentlərin sayı 369 nəfər idi. 600 və daha artıq bal toplayan abituriyentlərin sayı isə bu il 554 olub, ötən il bu rəqəm 880 nəfər idi. Eyni zamanda bu il 200 və artıq daha bal toplayan abituriyentlərin sayı 10524, 150 və daha artıq bal toplayan abituriyentlərin sayı 15101-dir. Ötən il isə 200 və artıq daha bal toplayan abituriyentlərin sayı 13169, 150 və daha artıq bal toplayan abituriyentlərin sayı isə 16649 nəfər olub”. X. Xanlarzadənin sözlərinə görə, ancaq 230-240 bal toplayan abituriyentin 290 ballıq yer yazması riskli ola bilər: "Aşağı bal toplayan abituriyentlər 200 ballıq yerləri yazsalar daha yaxşı olar. Çünki əvvəllər II mərhələ üçün 3000-4000 plan yeri boş qalırdı. Ancaq yeni qaydalara görə, artıq subbakalavrlar da həmin yerlərə qəbul olmaq üçün seçim edəcəklər. Bu il 14 mindən artıq subbakalavr eyni vaxtda seçim edəcək”.


O qeyd edib ki, keçid balının formalaşması müsabiqə yekunlaşanda bilinir və bunun üçün bir sıra parametlər var: "Bu, ilk növbədə abituriyentlərin sayından, imtahan nəticələrindən və plan yerlərinin sayından asılıdır. Abituriyent jurnalları vasitəsilə qəbul planının yerlərinə baxmaq lazımdır. Məsələn, bu il I ixtisas qrupu üzrə 15223 qəbul planı ayrılıb, ötən il isə bu rəqəm 14475 idi, yəni bu il 748 plan yeri fərqi var. Dövlət sifarişli yerlərin sayında kəskin artım var. Bu il dövlət sifarişli qəbul yerlərinin sayı 9351-dir, ötən il isə bu rəqəm 5731 yer idi. Yəni ötən illə müqayisədə bu il 3620 yer artıqdır”. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol