• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell şəbəkəsinin əhatə dairəsi sürətlə artmaqda davam edir

Bakcell şəbəkəsinin əhatə dairəsi sürətlə artmaqda davam edir
24.07.2019 17:41
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətinin yüksək keyfiyyətli mobil şəbəkəsinin əhatə dairəsi sürətlə artır.
Belə ki, istifadəçilər üçün ən yüksək keyfiyyətin təmin olunması istiqamətində aparılan işlərin davamı olaraq təkcə 2019-cu il ərzində Bakcell tərəfindən ölkə ərazisində 700-ə yaxın yeni baza stansiya quraşdırılıb.

Xatırladaq ki, 2300-dən artıq 4G texnologiyalı baza stansiyası sayəsində Bakcell şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük 4G şəbəkəsinə malikdir.  Bunun sayəsində Bakcell şirkəti ölkənin bütün bölgə mərkəzlərində yüksək keyfiyyətli və ən sürətli 4G İnternet xidmətlərini təqdim edir. Bakı, Abşeron yarımadası və Azərbaycanın bütün şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) yaşayan Bakcell abunəçiləri şirkətin təqdim etdiyi yüksək sürətli mobil İnternet xidmətlərindən yararlanmaq imkanına malikdirlər. Hazırda "Bakcell”in 4G şəbəkəsi əhalinin 78%, ölkə ərazisinin isə 52%ni əhatə edir.

"Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil İnternet sürətinə hətta beynəlxalq səviyyədə belə yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə Bakcell "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat şirkətə "Speedtest” xidmətinə görə bütün dünyada tanınan "Ookla” şirkəti tərəfindən təqdim edilib. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”).
Həmçinin qeyd edək ki, 2019-cu il ərzində Bakcell şirkəti ölkəmizdə keçirilmiş Novruz festivalı, Formula 1 Azərbaycan Qran Prisi, UEFA Avropa liqasının Final oyunu, Avropa Gənclər Yay Olimpiya Festivalı və digər əhəmiyyətli tədbirlər zamanı ən yüksək keyfiyyətli rabitəni təmin edib.
Müştərilərə göstərilən xidmət keyfiyyətinin daha da təkmilləşdirilməsi məqsədilə Bakcell bundan sonra da ölkənin ən üstün mobil şəbəkəsinin genişləndirilməsi və modernizasiyasına yönəlmiş iri-miqyaslı tədbirləri davam etdirəcək.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol