• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yol qəzaları: iki piyada, bir motosikletçi öldü - VİDEO

Bakıda yol qəzaları: iki piyada, bir motosikletçi öldü - VİDEO
26.07.2019 12:23
Ötən gün ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib.

Anews.az-ın məlumatına görə, hadisələrdən biri Xəzər rayonu, Mərdəkan qəsəbə çimərliyində qeydə alınıb.
Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Müslümova Gülnarə Tapdıq qızı "KİA” markalı, 90 DP 574 nömrə nişanlı avtomobili idarə edərkən 2016-cı il təvəllüdlü Mustafayev Əliağa Turan oğlunu vurub. O, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırılsa da, xəstəxanada həyatını itirib.

Daha bir yol-nəqliyyat hadisəsi Xətai rayonu, Zığ şosesi, 13 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Cəfərov Eldar Eyvaz oğlu "Suzuki” markalı, 99 A 556 nömrə nişanlı motosikletin idarəetməsini itirərək, yol kənarında olan maneəyə çırpılıb. Şəxs hadisə yerində aldığı xəsarətlərdən ölüb.

Bir başqa ağır yol qəzası isə paytaxtın Xətai rayonu, R.Məmmədov küçəsi, 20 ünvanında baş verib.
Ağsu rayon sakini, 1993-cü il təvəllüdlü Əlizadə Vüsal Vəli oğlu idarə etdiyi "Mercedes” markalı, 10 JS 128 nömrə nişanlı avtomobillə Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Rəsulova Solmaz Əşrəf qızını vurub.

Yaralı dərhal Respublika Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb. İyulun 25-də səhər saatlarında həyata gözlərini yumub.
Hər üç fakt üzrə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 
Qeyd edək ki, daxili işlər orqanlarının verdiyi məlumata görə, gün ərzində Bakı şəhəri üzrə beş yol-nəqliyyat hadisəsi baş verib. Onlardan üçü ölümlə nəticələnib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol