• $
  • €
  • ₽
  • ₺
  • £

Tovuzda Cənubi Qafqazda qədim yaşayış məskəni aşkar edildi - FOTO

Tovuzda Cənubi Qafqazda qədim yaşayış məskəni aşkar edildi - FOTO
01.09.2014 17:15
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyasının rəhbəri Fərhad Quliyevin başçılıq etdiyi ekspedisiya Tokio Universitetinin mütəxəssisləri ilə birgə Hacıələmxanlı neolit məskənində tədqiqatlar aparır. İnstitutun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədqiqatlar zamanı məskəndən aşkar edilmiş üzvü qalıqların üzərində Tokio Universitetində aparılmış son radiokarbon analizlər Hacıələmxanlı yaşayış məskəninin e.ə. VII minilliyin ortalarına aid olduğunu göstərib. Bununla da Hacıələmxanlı yaşayış məskənini nəinki Azərbaycanda, həmçinin, Cənubi Qafqazda 9 min illik yaşı olan, yəni, neolit dövrünə aid ən qədim yaşayış yeri kimi səciyyələndirmək olar. Qazıntı zamanı əldə edilmiş materiallar əsasında yürüdülən ilkin ehtimallara görə, çiy kərpiclərdən inşa edilmiş planda dairəvi evlərdən ibarət neolit dövrünə aid erkən qəsəbələr düzənlikdə yaradılıb, daha sonralar isə müxtəlif səbəblərdən (ekoloji adaptasiya, təhlükəsizlik, müdafiə və d.) məskənlərin inşası təbii və süni təpələr üzərində aparılıb. Azərbaycan – Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Yaponiya tərəfindən rəhbəri Yoshihiro Nishiaki bildirib ki, Azərbaycan və Yaponiya mütəxəssislərinin 2012-ci ildən etibarən bölgədə apardığı tədqiqatlar öz uğurlu məntiqi nəticəsini verib: “Biz Cənubi Qafqazda neolit dövrünün ən qədim yaşayış məskənini aşkar etmişik. Bu böyük uğurdur”. Azərbaycan – Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Azərbaycan tərəfindən rəhbəri Fərhad Quliyevin bildirdiyinə görə, kəşf edilmiş Cənubi Qafqazın ən qədim neolit məskəni barədə beynəlxalq elm ictimaiyyətinin məlumatlandırılması planlaşdırılır. Həmçinin, aşkar edilmiş maddi mədəniyyət abidələrinin gələcəkdə UNESCO-nun Mədəni İrs Siyahısına daxil etmək üçün müraciət olunması da nəzərdə tutulub.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol