• $
  • €
  • ₽
  • ₺
  • £

"DYP getdi, BNA gəldi,..." — Tanınmış bloger Bakı Nəqliyyat Agentliyini "TOPA TUTDU"

"DYP getdi, BNA gəldi,..." — Tanınmış bloger Bakı Nəqliyyat Agentliyini "TOPA TUTDU"
28.07.2019 23:44
Tanınmış bloger Bəxtiyar Hacıyev öz facebook səhifəsində Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimliyə maraqlı müraciət edib.

Demokrat.az bildirir ki, o, BNA rəhbərini paytarxtdakı qanunsuz əməlləri ilə üzləşməyə çağırıb:

"Bakı Nəqliyyat Agentliyinin rəhbəri, hörmətli Zati-aliləri, cənab Vüsal Kərimli.

Təklif edirəm ki, əgər gənc, ümidverici və şəffaf kadr olduğunuzu iddia edirsinizsə, sabiq MTN rəhbəri Eldar Mahmudovun biznes ortağının öz parking yerinə müştəri doldurmaq üçün küçəyə qoyduğu qadağa nişanı yığışdırmaq əvəzinə, əməkdaşlarınızın eyni nişan altında eyni gün, eyni saat, eyni dəqiqədə dayanan avtomobillərdən bəzilərini cərimələyib, bəzilərini cərimələməməyi sübut etməyim üçün son 1 aylıq TŞ kamera görüntüləri və protokollarla tanış olmaq imkanı yaradasınız. Sübut edə biləcəyimə əminəm.
 


Yox, əgər "power corrupts" ifadəsini haqlı çıxararaq, səlahiyyətləriniz artdıqca, köhnə məmurlardan fərqlənmədiyinizi göstərmək istəyirsinizsə, bizi iqnor edin, biz də köhnə məmurlar kimi dəyərləndirib, elə davam edək sizin işinizə yanaşmamızı. Düşünək ki, DYP getdi, BNA gəldi, cərimə yazanın ağına da, qarasına da sayğılar.

Bu arada, siz böyük, vəzifəli, səlahiyyətli şəxssiniz, xaricdə prezident nömrələrində qalan adamsınız, vaxtınızı bizə ayırmağınız vacib deyil. Araşdırmaq istəsəniz, adi işçilərinizdən birinə tapşırın, araşdıraq görək, o nişan orada niyə durur və əməkdaşlarınız niyə eyni gün, eyni saat, eyni dəqiqədə, eyni yerdə duran avtomobillərdən bəzilərini cərimələyir, bəzilərini yox".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol