• $
  • €
  • ₽
  • ₺
  • £

Sərhəddə atışma - Hərbçimiz yaralandı

Sərhəddə atışma - Hərbçimiz yaralandı
28.05.2020 20:30
2019-cu ilin 27 iyul tarixində saat 22:45 radələrində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmaqla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsinə cəhd edilmişdir.

 
Bu barədə BakuPost-a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Res­publikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunmuş və qarşısı alın­mışdır. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozu­cuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilmişdir. Baş vermiş atışma zamanı sərhəd naryadının üzvü çiyin nahiyəsindən ya­ra­lanmışdır. Sərhədçi əsgər dərhal hərbi hospitala təxliyə edilərək əməliyyat olunmuşdur, hazırda vəziyyəti qənaətbəxşdir. Dövlət sərhədindən narkotik vasitə keçirməyə müvəffəq ola bilməyən sər­həd pozucuları geri qaçmışlar. Ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5 kq 350 qram olan 1 ədəd bağlamada 2 kq 70 qram marixuana, 2 kq 180 qram kokos, 885 qram heroin, 215 qram tiryək aşkar olunmuşdur.


 
Hadisə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri əra­zi­yə ezam edilmişlər. İran İslam Respublikasının sərhəd nümayəndəsi ilə gö­rüş keçirilmiş, hadisə yerinə birgə baxış keçirilmiş, aşkar olunmuş narkotik vasitələr və digər əşyalar təqdim olunmuş, sərhəd pozucularının müəyyən edi­lərək cinayət məsuliyyətinə cəlb olunmaları tələb edilmişdir. Hərbi prokurorluq ilə birlikdə hadisə ilə əlaqədar zəruri tədbirlər görülür. Fakt üzrə cinayət işi başlanılmışdır

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol