• $
  • €
  • ₽
  • ₺
  • £

DYP-dən xəbərdarlıq - “Yerlərini açıqlamaq olmaz”

DYP-dən xəbərdarlıq - “Yerlərini açıqlamaq olmaz”
29.05.2020 11:02
"Sürücülərin sürət həddini keçməsinin və bir sıra qayda pozuntularının qarşısını almaq məqsədilə Yol Patrul Xidməti (YPX) avtomobilləri maketi Azərbaycanın bütün avtomobil yollarında tətbiq olunacaq”.
Anews.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.


Onun sözlərinə görə, maketlərin düzülməsi yol hərəkətinin təhlükəsizliyinin təmin olunması üçündür: "Təbii ki, bu tədbirlər yol qəzalarının qarşısının alınması məqsədi ilə atılan addımlardandır. Bu, profilaktiki tədbirdir. Bu təcrübədən dünyanın bir çox ölkəsində geniş istifadə olunur. Təcrübələr bu tətbiqin özünü doğrultduğunu göstərir. Ona görə də sürücülər nəzərə almalıdırlar ki, o maketin yerində 1 və ya 2 saatdan sonra Yol Patrul Xidmətinin avtomobili dayana bilər. Gələcəkdə bu maketlər üzərində sürət həddini aşan nəqliyyat vasitələrinin müəyyənləşdirilməsi üçün radarlar da quraşdırılacaq”.


Şöbə rəisi maketlərin sayı və onların quraşdırıldığı yerlərdən xəbərdar olanlara müraciət edib: "Biz maketlərin quraşdırılacağı yerlərin dəqiq ünvanını açıqlaya bilmərik. Çünki maketlərin sayı və qoyulduqları yerlərin adının açıqlanması bunun əhəmiyyətini itirir. Ona görə də maketlərin sayını bilən və onların quraşdırıldıqları yerlərini adlarını bilən media nümayəndələri bunu ictimailəşdirməməlidir. Bu, kiməsə yaxşılıq etmək demək deyil. Maketlərin yeri və sayını ictimailəşdirmək əslində sürücülərə o maketlərin quraşdırıldığı ərazilərdə qayda pozmağa şərait yaratmaq deməkdir”.


K.Əliyev vurğulayıb ki, sürücülərin ərazidə bir-birinə "marqat” etməklə YPX avtomobillərinin olması ilə bağlı yanlış yaxud doğru məlumat ötürməsi yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasına xidmət edir: "Biz bu məsələ ilə bağlı sürücülərə heç nə deyə bilmərik. Bu, müsbət haldır və biz bunu dəstəkləyirik. Hətta sürücülər ərazidə polisin olması barədə yanlış məlumatı belə bir-birinə ötürmələri də profilaktiki tədbirdir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol