• $
  • €
  • ₽
  • ₺
  • £

Mədət Quliyevin müavini niyə işdən çıxarılıb? - Səbəbi məlum oldu...

Mədət Quliyevin müavini niyə işdən çıxarılıb? - Səbəbi məlum oldu...
29.07.2019 15:56
Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyev vəzifəsindən azad edilməsi onun yaşı ilə bağlıdır. 

Bu barədə Qaynarinfo-ya məlumatlı mənbələrdən xəbər daxil olub. 

Belə ki, T.Rəfiyevin hazırda 77 yaşı var. O, 1942-ci il təvəllüdlüdür və 2006-cı ildən - adıçəkilən nazirlik yaradılandan bu vəzifədə işləyirdi. 

Qeyd edək ki, sabiq müdafiə sənayesi naziri Yavər Camalov 2018-ci ilin yayında dünyasını dəyişib. Bundan sonra həmin posta uzun müddət təyinat gerçəkləşməyib. Yalnız ölkə başçısının 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

Buna qədər isə nazirlik daxilində müavinlərdən Yəhya Musayevin adı potensial nazir kimi hallandırılıb. O da bu nazirlik yarandığı ilk vaxtlardan – 2006-cı ildən müavin işləyir. Bəzi iddialara görə, Y.Camalovdan sonra müavinlər arasında münasibətlər soyuyub. Səbəb isə bu gün işdən azad edilən müavin T.Rəfiyevin guya Y.Musayevin nazir olmaq istəyinə isti yanaşmaması olub. 

Bəs görəsən, Rəfiyevin vəzifəsini itirməsində onun digər müavinlə soyuq münasibəti rol oynaya bilərdimi? Saytımıza danışan mənbələr müavinlər arasında belə bir soyuqluğun olduğuna inanmadıqlarını, bu cür yüksək təyinatların kimlərinsə istəyi ilə yox, ölkə başçısının təqdiri ilə reallaşdığını, T.Rəfiyevin də məhz yaş amili nəzərə alınaraq işdən azad edildiyini deyiblər.  

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol