• $
  • €
  • ₽
  • ₺
  • £

DİN MƏLUMAT YAYDI: Böhtan xarakteri daşıyan həmin fikirlərin heç bir hüquqi əsası yoxdu

DİN MƏLUMAT YAYDI: Böhtan xarakteri daşıyan həmin fikirlərin heç bir hüquqi əsası yoxdu
29.07.2019 18:02
İyulun 19-da Mingəçevir şəhər sakini Firuzə Mehralıyeva sosial şəbəkələrdə oğlu Əbdüləzim Quliyevin polis tərəfindən əsassız olaraq tutulması və döyülməsi barədə iddialar səsləndirib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məsələyə münasibət bildirib. 

Qeyd edilib ki, iddialar həqiqətdən uzaqdır və böhtan xarakteri daşıyan həmin fikirlərin heç bir hüquqi əsası yoxdur:

"Anasının iddialarının əksinə olaraq, qabaqcadan əldə olunmuş əməliyyat məlumatı əsasında Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən cari il martın 31-də günorta saatlarında keçirilmiş tədbir nəticəsində 24 yaşlı Ə.Quliyev narkotik vasitə olan qurudulmuş marixuananı əvvəllər tanıdığı M.Mustafayevə satdığına görə saxlanılıb. Hər iki şəxs RPŞ-yə gətirildikdən sonra hal şahidlərinin iştirakı ilə onların üzərlərinə baxış keçirilib, nəticədə pul və narkotik vasitə maddi sübut kimi götürülüb, Ə.Quliyev və M.Mustafayev törətdikləri əməlləri etiraf ediblər”. 

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində CM-234.2-ci maddəsilə cinayət işi başlanılıb, Əbdüləzim Quliyev həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda məhkəmədə cinayət işinə baxılır.

Nazirlikdən o da qeyd olunub ki, eyni mövzu barəsində ana və oğlunun ən müxtəlif instansiyalara ünvanladıqları şikayətlərə həm prokurorluqda, həm də DİN-in aidiyyəti xidməti tərəfindən baxılıb, Ə.Quliyevin guya əsassız saxlanılması və digər bu kimi iddialar adları çəkilən qurumların müvafiq araqşdırmaları zamanı öz təsdiqini tapmayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol