• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Baş Naziri “Şərəf Legionu” ordeni ilə təltif olunub

Azərbaycanın Baş Naziri “Şərəf Legionu” ordeni ilə təltif olunub
29.07.2019 20:00
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Fransa Prezidentinin fərmanı ilə "Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.

Nazirlər Kabinetindən ONA-ya verilən məlumata görə, Baş Nazirə ordeni Fransa hökuməti adından Bakıda səfərdə olan Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lö Mer təqdim edib.

N. Məmmədov bu ali mükafata Azərbaycan-Fransa əməkdaşlığına verdiyi töhfəyə görə layiq görülüb.

Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer, ölkəsinin N.  Məmmədova xüsusi hörmət və ehtiramı olduğunu vurğulayıb.

Baş Nazir isə öz növbəsində bu ali mükafata layiq görüldüyünə görə Fransa dövlətinə və fransız xalqına minnətdarlığını bildirib.

Qeyd edək ki, "Şərəf Legionu” ordeni 19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilib. Fransanın ən yüksək dövlət mükafatı olan "Şərəf Legionu” ordeninin 5 dərəcəsi var. Fransa və onun xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən "Şərəf Legionu” ordeninin zabit dərəcəsinə indiyədək dünyanın bir çox görkəmli insanları layiq görülüb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol