• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan son beş ildə neft hasilatını 14% azaldıb

Azərbaycan son beş ildə neft hasilatını 14% azaldıb
29.07.2019 20:30
Son beş ildə (2019-cu ilin yanvar-iyun aylarına olan göstəricinin 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə) Azərbaycanda neft hasilatı 14%-ə yaxın azalıb.
"APA-Economics”in SOCAR-ın məlumatları əsasında apardığı hesablamalarına görə, bu ilin birinci yarısında Azərbaycanda 21,36 mln. ton neft hasil edilib, ötən ilin müvafiq dövründə bu göstərici 18,76 mln. tona yaxın olub.

Qeyd edək ki, planlaşdırılmış təmir işləri ilə əlaqədar "Azəri-Çıraq-Günəşli" (Azərbaycanda neft hasilatının böyük hissəsi məs bu blokun üzərinə düşür) yatağının "Mərkəzi Azəri" platformasında hasilatın müvəqqəti dayandırılmışdı, bu da ölkədə "qara qızılın” hasilatına öz təsirini göstərib.

Ötən il ölkədə 38,8 mln. tondan çox neft hasil edilib ki, bu da, demək olar, 2017-ci ilin göstəricisi ilə bərabərdir.

Aparılan hesablamalara görə, bu ilin ilk yarısında SOCAR öz imkanları hesabına müstəqil olaraq 3,77 mln. ton neft hasil edib. Bu, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,2% azdır.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin öncə dediyinə görə, dünyanın ən qədim neft sənayesinin beşiyi başında durmuş Azərbaycanda zəngin və peşəkar neftçi ənənələri formalaşmışdır. Lakin digər tərəfdən dünyanın ən qədim və uzun müddət ərzində istismar olunan yataqlarının məhz Azərbaycanda olması şirkətin qarşısında
çağırışlar yaradır.

Bu baxımdan qarşıdakı dövrdə əsas hədəf bütün vasitələrlə köhnələn yataqların ömrünü uzatmaqdır.
Xatırladaq ki, 2018-ci ildə SOCAR 7,54 mln. tondan artıq neft hasil edib. Bu göstərici əvvəlki ilə nisbətən 1,55% çoxdur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol