• $
  • €
  • ₽
  • ₺
  • £

Polis Bakıda əməliyyat keçirdi

Polis Bakıda əməliyyat keçirdi
30.07.2019 11:48
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq silah-sursat gəzdirən və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçiriblər.


DİN-in Mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Yasamal rayon sakini Firuz Kərimov Baş İdarənin əməkdaşları tərəfindən saxlanılıb.


Onun idarə etdiyi "VAZ 2121” markalı avtomobilin yük yerinə baxış zamanı 1 ədəd "Kalaşnikov” tipli avtomat silah, həmin silaha məxsus 1 ədəd daraq və 30 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ola məxsus olduğunu etiraf edib.


Baş İdarə ənməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev saxlanılıb. Onun Abşeron rayonu, Quşçuluq massivində yerləşən evinə baxış zamanı satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi 980 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma zamanı onun Bakı şəhəri və Abşeron rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib.


Baş İdarə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində həyata keçirdikləri daha bir əməliyyat zamanı isə Biləsuvar rayon sakini Qadir Qarayev paytaxt ərazisində tutulub. Onun idarə etdiyi "QAZ 2411” markal avtomobilə baxış zamanı külli miqdarda 1 kiloqramdan artıq narlkotik vasitə heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs heroini yaşadığı rayondan istintaqa məlum olmayan mənbədən əldə etdiyini və satmaq məqsədi ilə Bakı şəhərinə gətirən zaman polislər tərəfindən saxlanıldığını qeyd edib.


Qeyd edilən hər 3 faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb.


Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol