• $
  • €
  • ₽
  • ₺
  • £

Jirinovski azərbaycanlı girovlara görə yeni sənədlər istədi

Jirinovski azərbaycanlı girovlara görə yeni sənədlər istədi
01.09.2014 13:39
AzTV-nin keçmiş əməkdaşı, jurnalist Aida Eyvazovanın Kəlbəcərdə erməni silahlı birləşmələrinin girov götürdüyü Dilqəm Əsgərov,  Şahbaz Quliyev və öldürülən Həsən Həsənovla bağlı Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı  Vladimir Jirinovskiyə ünvanladığı məktuba cavab verilib.Modern.az saytının məlumatına görə Rusiya liberallarının lideri cavab məktubunda müraciətlə diqqətlə tanış olduğunu bildirib. Məktubda Kəlbəcərdə girov düşən soydaşlarımızın taleyi ilə bağlı məsələlərin araşdırılacağı və problemin  diqqətdə saxlanılacağı qeyd olunub."Mən sizin müraciətinizlə tanış oldum. Siz soyad, ad, ata adları, poçt indeksi və məsələnin mahiyyətinin qısa xülasəsi ilə bağlı ərizə ilə müraciət etməlisiniz. Ərizəyə həmin adamların sənədlərinin surətini də əlavə etmək lazımdır. Mənə göstərdiyiniz etibara görə sizə minnətdaram. Biz bütün bu müraciətlərə baxırıq və mümkün qədər insanlara kömək etməyə çalışırıq. Sizə müvəffəqiyyətlər və möhkəm can sağlığı arzulayıram!Hörmətlə Vladimir Jirinovski",-deyə məktubda yazılıb.Qeyd edək ki, Aida Eyvazova bu müraciətlə Vladimir Jirinovskiyə məktub ünvalamışdı:"Cənab Vladimir Volfovic. Mən adi Azərbaycan vətəndaşıyam. Peşəm jurnalistdir. Siz yaxşı bilirsiniz ki, bu gün Azərbaycanda nələr baş verir, hansı problemləri və uğurları var. Bir neçə həftə bundan əvvəl bizim soydaşlarımız və Rusiya vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni postlarını keçərək erməni əsarətində doğulub boya-başa çatdıqları Kəlbəcərə gediblər. Öz doğmalarının qəbirlərini ziyarət etmək istəyiblər. Onların buna həm insan kimi , həm də hüquqi cəhətdən haqları var. Siz çox gözəl bilirsiniz ki, bu torpaqlar türk torpaqlarıdır və tarixən də biz azərbaycanlılara məxsusdur. Sizin ibarənizlə desək, xəzərilərə. Son zamanlar Siz Azərbaycanın tərəfini saxlayırsınız. Mən inanıram ki, ermənilərin əsirlikdə saxladıqları, qanını içdikləri soydaşlarımızın əsirlikdən qaytarılmasında vasitəçi ola bilərsiniz. Sizin yardımınızı istəyirəm! Bu məktubu da sizə böyük ümidlə yazıram. İnanıram ki, Rusiya vətəndaşlarını və bizim soydaşlarımızın erməni əsirliyindən qaytarılmasında , onların erməni əsirliyindən alınmasında yardımçı ola bilərsiniz. O zaman gəlib əllərinizdən öpəcəyəm. İnanıram ki, danışdığım hadisə sizi narahat edəcək! Cavab gözləyirəm".

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol