• $
  • €
  • ₽
  • ₺
  • £

İstirahət mərkəzləri məhkəməyə verilib

İstirahət mərkəzləri məhkəməyə verilib
30.07.2019 23:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənub sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirilib və bundan əvvəl verilmiş məcburi göstərişlərin icra vəziyyəti yoxlanılıb.

ONA-nın xəbərinə görə, Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, reydlər zamanı Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən "Palma”, "Riverin”, "Ober Lyuks”, "El Faro”, "Təhsil”, "Atlant” istirahət mərkəzlərində su təmizləyici qurğuların quraşdırıldığı, Sumqayıtda fəaliyyət göstərən "Dostluq”, "Caspian Breeze”, "Şərur”, "Amore”, "Nicat”, "Freqat”, "Regnum”, "Röya”, "Turan”, "Təndir”, "Qala” istirahət mərkəzlərinin çirkab sularının mərkəzi kanalizasiya şəbəkəsinə qoşulduğu müəyyən olunub.

Onun sözlərinə görə, Xaçmaz rayonundakı "Çıraqqala”, "Jalə”, Sumqayıt şəhərindəki "Duyğu”, "Liman”, "Atlantida”, "Flaqman”, "Narınqala”, Balıqçı”, "Alma”, "Neptun, "Antalya”, "Qala”, Bakı şəhərindəki "Mirvari”, "Riyad park”, "Caspian Beach”, "1001 gecə”, "Eldarado”, "Dostluq”, "Aquapark” istirahət mərkəzlərinə bir müddət əvvəl verilmiş "məcburi göstəriş”lərin tələbləri icra edilmədiyi üçün onların fəaliyyətlərinin dayandırılması ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırılıb.

Nazirlik rəsmisi qeyd edib ki, reydlər zamanı Nabranda fəaliyyət göstərən "Lotos”, "Ulduz”, Sumqayıtda "Katamaran”, "Sahil”, "Diana”, Bakıda "Bizim sahil”, "Xəzər”, "Türkan”, "Simurq”, "Voyage”, "Qala” və "Antalya” istirahət mərkəzlərində, Lənkəran-Astara zonasında isə "Dağlar oğlu”, "Həsirli”, "Su pərisi”, "Panorama” ictimai-iaşə obyektlərində də formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib və cavabdeh şəxslər barəsində akt tərtib olunub: "Formalaşan tullantı sularının təmizlənməsi üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan "məcburi göstəriş”lər verilib".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol