Qadın yataq otağında başqa kişi ilə görüşdü, qaynı tutdu - Salyanda şok olay

Salyan rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Məmmədağa Quliyev və onun qardaşı, 1984-cü il təvəllüdlü Zaur Quliyevin kasasiya şikayətinə baxılıb.
Həmin vaxt qadının əri Məmmədağa Quliyev Bakı şəhərinə gedibmiş.
Zaur Quliyev mətbəxdən bıçaq götürərək Gülşən Feyziyevanın olduğu yataq otağına daxil olub. Orada uzaq qohumu Nurlan Xankişiyevin Gülşən Feyziyeva ilə birlikdə intim münasibətdə olduqlarını görüb.
Nurlan Xankişiyev özünü müdafiə edərək, Zaur Quliyevin bıçaq olan əlindən tutub və özündən kənarlaşdırıb. Sonra Nurlan evdən qaçmaq istəyib.
Bu zaman Zaur Quliyev arxadan onun kürək nahiyəsinə daha iki zərbə vurub. Yaralı evdən qaçaraq gedib.
Daha sonra Zaur Quliyev gecə saatlarında Bakı şəhərində olan qardaşı Məmmədağaya zəng edib və evlərinin yataq otağında arvadı Gülşən Feyziyevanın Nurlanla intim münasibətdə olarkən yaxalaması barədə məlumat verib.
Məmmədağa Quliyev xəyanət etdiyinə görə arvadından qisas alaraq, qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Bu məqsədilə dərhal Bakı şəhərindən Salyan rayonundakı evinə gəlib.
Daha sonra huşsuz vəziyyətdə olan arvadının boğazından yapışaraq boğmağa başlayıb.
İntihar etmək üçün dərman qəbul edən qadının isə həmin vaxt ona müqavimət göstərmək imkanı olmayıb. O, köməksiz vəziyyətdə olan Gülşən Feyziyevanı boğaraq öldürüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmmədağa Quliyev 16 il, Zaur Quliyev isə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan məhkum qardaşlar apelyasiya şikayəti veriblər. Zaur Quliyev ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin həmin məcəllənin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.
Hər iki şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Məmmədağa Quliyevin apelyasiya şikayəti qismən təmin olunub.
Daha sonra onlar kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.
Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.
Qərara görə, hər iki şəxsin kasasiya şikayəti təmin edilməyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























