Zahid Oruc medalları əməkdaşlarına təqdim etdi

İyulun 31-də Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmiş Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşlarına medallar təqdim edilib.
Zahid Oruc bildirib ki, Azərbaycan Xalq Cumhuriyyəti tariximizin şərəfli səhifəsini təşkil edir və bununla bağlı prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən ötən il AXC-nin 100 illik yubileyi böyük təntənə ilə qeyd olundu.
STM rəhbəri Cümhuriyyət tarixinin tədqiq olunmasında, təbliğində, o cümlədən Azərbaycan dövləti ikinci dəfə müstəqillik qazandıqdan sonra onun qurulmasında və qorunmasında müstəsna xidmətlər sahibi olan Ulu Öndər Heydər Əliyev ideallarına sədaqət göstərən və ictimai-siyasi həyatda fəallıqlarına görə təltif edilən əməkdaşları - Elşad Mirbəşir oğluna, Tahirə Allahyarovaya və Əfqan Vəliyevə medalları təqdim etdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























