“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Bakcell şirkətinin dəstəyi ilə reallaşıb

Azərbaycanın İlk Mobil Operatoru və Ən
Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti "Azərbaycan üçün öyrət"
təhsil proqramı çərçivəsində təşkil olunan "Təhsil avtobusu – Nəsimi"
yay məktəbinin keçirilməsinə dəstək göstərib.
"Nəsimi ili”nə həsr olunan "Təhsil
avtobusu – Nəsimi" yay məktəbinin əsas məqsədi şagirdlərin şəxsi
inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına
təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və məktəblilərə
Nəsimi yaradıcılığını tanıtmaqdır.
İyulun 23-dən 29-dək davam edən "Təhsil avtobusu – Nəsimi” yay məktəbi
Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edib.
Yay məktəbi çərçivəsində bu bölgələrdəki məktəblərin akademik göstəriciləri zəif
və orta olan 200-ə yaxın şagirdi hər
biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçirilən peşə, natiqlik,
incəsənət, fərdi-inkişaf təlimləri və
intellektual yarışlarda iştirak edib.
Bakcell şirkəti ənənəvi olaraq layihə ərzində
iki min kilometrdən çox məsafə qət etmiş "təhsil avtobusu”nda yüksək sürətli
internet bağlantısını da təmin edilib.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























