• $
  • €
  • ₽
  • ₺
  • £

"Mobil telefonla hər gün danışır, yenə də ürəkləri toxdamır"

"Mobil telefonla hər gün danışır, yenə də ürəkləri toxdamır"
01.09.2014 11:16
Milli Məclisin deputatı Fazil Mustafa orduda yemək bişirilməsinin və təsərrüfat işlərinin mülki şəxslərlə müqavilə əsasında həyata keçirilməsi barədə Ali Baş Komandanın göstərişinə münasibət bildirib. ANS PRESS-in məlumatına görə, Fazil Mustafa sosial şəbəkədəki səhifəsində bunun doğru bir qərar olduğunu qeyd edib:“Mən Sovet ordusunda Ukraynada Daxili Qoşunlarda xidmət etmişəm. Bizdə bu işləri müqavilə əsasında mülki şəxslər yerinə yetirirdi və əsgərlər bütün günü hərbi təlimlərlə məşğul olurdu. Həqiqətən də təsərrüfat işləri zabitləri və əsgəri əsas vəzifəsinin icrasından uzaqlaşdırır. Ümumiyyətlə əsgərlərin və zabitlərin ayrı-ayrı komandirlərin şəxsi təsərrüfatında çalışması, yuxarı komandirlər üçün çoxsaylı xidmətçi-əsgər personalının mövcudluğu probleminə də diqqət yetirmək lazımdır. Əsgərin əsas vəzifəsi mümkün qədər qısa müddətdə ona təhkim olunan silahı mükəmməl səviyyədə istifadə etməyi bacarmaqdır. Bir də ən vacib məsələ valideynlərin hər həftə ciddi bir səbəb olmadan hərbi hissədə övladlarına baş çəkmə ənənəsinin dəyişilməsidir. Uşaq mobil telefonla hər gün danışır, yenə də ürəkləri toxdamır. Kamçatkada, Vladivastokda deyil, uzaqbaşı Bakıdan 5 saatlıq yoldur, Əksər valideyinlər həqiqətən də uşaqların normal əsgərlik keçməsinə imkan vermirlər. Bundan istifadə edən bəzi məsuliyyətsiz zabitlər və gizirlər də uşaqlara təzyiq göstərərək telefonlarına kontur yüklədirlər və ya başqa mənfəətlər güdürlər. Ən rahat xidmət edən əsgər, əsasən arxasınca valideyinin hər ay gəlmədiyi əsgərlər olur”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol