• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi onları cərimələdi – VİDEO

Yol polisi onları cərimələdi – VİDEO
28.05.2020 19:51
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə birgə "Təmiz hava" aylığına start verib. Avqustun 1-dən başlayacaq tədbir zamanı texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən, yəni, ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar. Artıq Baş Dövlət Yol Polisi İdarəsinin "Ekoloji nəzarət” bölüyünün əməkdaşları son günlər ekoloji tələbləri pozan nəqliyyat vasitələrinə qarşı tədbirlər həyata keçirirlər. Son 2 gün ərzində 131 sürücü barəsində inzibati protokol tərtib edilib. 
Avtosfer.az-ın əməkdaşı da "Ekologiya postu”nda keçirilən bu tədbirlərdə iştirak edib və acınacaqlı mənzərə ortaya çıxıb. 

Belə ki, taksi və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərin idarə etdiyi nəqliyyat vasitələri daha çox kobud şəkildə qayda pozuntularına rast gəlinib və təqdim olunan foto və video materiallardan da göründüyü kimi, qara tüstü buraxan və zəhərli qazların miqdarı bir neçə dəfə artıq olan olan nəqliyyat vasitələri aşkarlanıb.

Yol polisi sürücülərin diqqətinə çatdırır ki, bu cür nəqliyyat vasitələrini idarə etməsinlər. Çünki "Yol hərəkəti haqqında” qanuna görə, hər bir sürücü nəqliyyat vasitəsini saz vəziyyətdə və qaydalar çərçivəsində saxlamağa borcludur. Bu, sürücülərin qanunla nəzərdə tutulmuş vəzifələrindən biridir.
"Ekologiya postu”nda xidmət aparan YPX əməkdaşları hər gün sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparır. Yol polisi sürücüləri bu tələbləri qorumağa çağırır və bəyan edir ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdır. Çünki onlar həm özlərini, həm də daşıdığı sərnişinləri təhlükəyə atmaqla ətraf mühiti daha çox çirkləndirirlər.

Yol polisi bildirir ki, aparılan müşahidələr nəticəsində Bakı-Sumqayıt istiqamətində hərəkət edən mikroavtobuslar arasında zəhərli qazların miqdarı daha çox aşkarlanır və təəssüflər olsun ki, həmin mikroavtobuslar mütəmadi olaraq sərnişindaşıma ilə məşğul olduqları üçün yol polisi sərnişinləri narahat etməmək məqsədi ilə həmin sürücüləri saxlayaraq yalnız şifahi xəbərdarlıq edir. Lakin sürücülər bu xəbərdarlıqdan nəticə çıxarmır və nəqliyyat vasitəsini nasaz vəziyyətdə idarə edirlər. 

Dizel mühərrikli nəqliyyat vasitələrində belə hallara daha çox rast gəlinir. Odur ki, sürücülər öz vəzifələrini dərk edərək özlərini və digərlərini zəhərli qazlardan qorumaq məqsədilə qaydalara riayət etməli və nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamalıdırlar. Əks təqdirdə yol polisi bu cür nəqliyyat vasitələrini idarə edən sürücülərə güzəşt etməyəcək və onların barəsində inzibati protokol tərtib olunacaq. 

Xatırladaq ki, "Təmiz hava" aylığı avqust ayı ərzində davam etdiriləcək və bu tədbirlər təkcə "Ekologiya postu”nda deyil, respublikanın digər bölgələrini də əhatə edəcək. Odur ki, sürücülər indidən bu məsələyə diqqət etsələr həm onlar, həm də cəmiyyətimiz üçün faydalı olar. 
Qeyd edək ki, bu cür nəqliyyat vasitələrinin sürücüləri İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat cərimə edilir.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol