• $
  • €
  • ₽
  • ₺
  • £

Rektorla jurnalistin məhkəməsində dava düşdü

Rektorla jurnalistin məhkəməsində dava düşdü
01.08.2019 19:49
Dövlət Dillər Universitetinin rektoru Kamal Abdullanın iddiası əsasında təhsil ocağının üç işçisinə və jurnalistə qarşı məhkəmə prosesi qalmaqalla başlayıb.
Rektoru məhkəmədə təmsil edən vəkil Muxtar Mustafayevin "Xural” qəzetinin rəhbəri Əvəz Zeynallıya ünvanlanan "gözləyin, quzu balası kimi təkzib verəcəksiniz” ifadəsi ikincinin sərt reaksiyasına səbəb olub. Budan sonra vəkillə jurnalist bir-birinin ünvanına təhqiramiz ifadələr işlədib.
Bizimyol.info xəbər verir ki, hakim əlbəyaxa dava vəziyyəti yarandığını gördüyündən, Muxtar Mustafayevi zaldan çıxarıb.
Hazırlıq iclasında Kamal Abdullanın işdən çıxardığı və ya cəzalandırdığı üç nəfərdən (Vüsalə Ağabəyli, Pərvin Mürsəlova və Elmira Baxşəliyeva) sonuncusu işə Binəqədi Rayon Məhkəməsində baxılmasına etirazını bildirib. Elə Əvəz Zeynallı da onunla eyni mövqe göstərib. Baxşəliyeva Kamal Abdullanın məhkəmənin sədri Araz Kazımovun mərhum atası Nurəddin Kazımovla əvvəllər yaxşı münasibətləri olduğunu iddia edir. Onun fikrincə, Araz Kazımov işi rektorun xeyrinə həll etməyə çalışacaq.
Kamal Abdulla həm Əvəz Zeynallının, həm də "xural.com” saytına müsahibə vermiş işçilərin cəzalanmasını istəyir. Rektor jurnalistdən 10, Vüsalə Ağabəylidən 5, Pərvin Mürsəlova ilə Elmira Baxşəliyevanın hərəsindən 3 min manat təzminat alınmasını istəyir. Üstəlik, onların üzr istəməsini, saytın təkzib materialı verməsini tələb edir.
Kamal Abdulla ilə universitet əməkdaşlarının məhkəmə çəkişməsi çoxdandır gedir. Onlar rektoru müəllim və tələbə heyətinin ifadə azadlığını əlindən almaqda ittiham edir. Hər üçün Kamal Abdullanı məhkəməyə verib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol