• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısının oğluna yüksək vəzifə verildi

İcra başçısının oğluna yüksək vəzifə verildi
02.08.2019 15:29
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı "ASAN xidmət” mərkəzinə yeni direktor təyin olunub.

Anews.az "Report”-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Xətai Sevindik oğlu Hətəmov 3 saylı "ASAN xidmət” mərkəzinin direktoru təyin edilib. 

O, bu təyinata qədər həmin mərkəzin direktor müavini vəzifəsində çalışıb. Eyni zamanda 2018-ci ilin may ayından 3 saylı Bakı "ASAN xidmət” mərkəzinin direktoru vəzifəsini icra edib. 

Qeyd edək ki, X.Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun oğludur. Azərbaycan Prezidenti İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə "ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə "Tərəqqi” medalı ilə təltif olunub.  

Xatırladaq ki, 2018-ci ilin may ayında 3 saylı Bakı "ASAN Xidmət” Mərkəzinin direktoru Seymur Mövlayev işdən çıxıb. O, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq” ASC-nin sədri təyin edilib. S.Mövlayev 2019-cu ilin yanvarın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) sədr təyin olunub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol