• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in Rəqəmsal Dünyasını bölgənizdə gözləyin!

Azercell-in Rəqəmsal Dünyasını bölgənizdə gözləyin!
02.08.2019 18:30
Azercell-in Naxçıvan MR-na səfəri uğurla baş tutdu.

Dünya trendlərinə uyğun xidmətləri, ən effektiv həlləri, həmçinin sərfəli kampaniyaları ilə ölkə əhalisinin əksəriyyətinin seçimi olan və fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan "Azercell Telekom” MMC-nin "Rəqəmsal dünya bölgələrdə” adlı yeni layihəsi Naxçıvan şəhərindən başlayaraq, Şərur və Ordubadda da keçirilmiş, muxtar respublikanın sakinləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Belə ki, bu səfər zamanı Azərbaycanın rabitə bazarının lider mobil operatoru Azercell on mindən çox insanı bir araya toplamağa müvəffəq olmuşdur. Azercell bölgə sakinləri ilə görüşərək, onları yeni rəqəmsal məhsullar olan "Kabinetim” tətbiqi, "BuludCinema”, "TelekomTv” xidmətləri, mobil internet cihazları və www.azercellim.com onlayn bazası, rabitə xərclərinə qənaət etmək imkanı yaradan "Sərbəst”, "GəncOL” və "Sadə” tarif paketləri ilə tanış etmişdir. Bundan əlavə, səfərlər çərçivəsində müxtəlif proqramlar, intellektual və əyləncəli oyunlar, müsabiqələr keçirilmiş, abunəçilərə hədiyyələr paylanmışdır. Qeyd edək ki, Azercell-in dəstəklədiyi "İmzanı Tanıt” sosial layihəsinin iştirakçıları da tədbirə qatılmış və öz əl işlərininümayiş etdirmişlər.

Ölkəmizə 4G xidmətini ilk təqdim edən şirkət olaraq Azercell, abunəçilərinin gözləntilərini qarşılamaq və respublikamızın bütün sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək üçün 2018-2019-cu illər ərzində LTE şəbəkəsinin bütün ölkə üzrə gücləndirilməsi və genişləndirilməsini həyata keçirmişdir. Bunun nəticəsində şirkət, Azərbaycanın 57 şəhər və rayonunda əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% artıma nail olmuşdur. Bu müddətdə 1007 yeni LTE stansiyası qurularaq, 4G stansiyalarının ümumi sayı 1667-yə çatdırılmış, günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınmışdır. Hazırda ölkə boyu 7000-dən çox stansiya daimi bağlantını təmin etməkdədir.

Avqust ayında Azercell-in Rəqəmsal Dünyasını öz bölgənizdə gözləyin!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib:

GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən
aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək
göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl
Sertifikatına layiq görülən yeganə şirkətdir.






www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol