• $
  • €
  • ₽
  • ₺
  • £

İtkin düşən MİQ-29-un pilotunun evindən reportaj: Oğlu hamımızı ağladır - VİDEO

İtkin düşən MİQ-29-un pilotunun evindən reportaj: Oğlu hamımızı ağladır - VİDEO
28.05.2020 19:21
İyulun 24-də təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəza xəbəri hər kəsi sarsıtdı. Axı o təyyarədə Azərbaycan Ordusunun 100 illiyinə dair keçirilən möhtəşəm hərbi paradda Bakı səmasında insanları heyrətləndirən uçuşlar, manevrlər etmiş Rəşad Atakişiyev var idi...

Hər kəs onun sağ-salamat ailəsinə, vətəninə, öz işinin başına dönəcəyinə çox böyük ümid bəsləyir. Elə onu hər gün anasından soruşan 7 yaşlı oğlu Turqay kimi.

Turqayın babası, Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli azyaşlı nəvəsinin atası ilə bağlı verdiyi sualların qarşısında acız qaldığını deyir:

"Çox həssas uşaqdır. Hər şeyi başa düşür. O gün də hamama girib ağlayıb. Hamını da ağladıb. Bir təhər başını aldadırıq ki, Türkiyəyə gedib. Özünü inanmış kimi göstərsə də, tez-tez soruşur ki, niyə gəlmir? Niyə atamı göndəriblər? Başqasını göndərə bilməzdilər? Uşaq çox məntiqli suallar verir və adam o sualların qarşısında aciz qalır”.

Baku TV-nin əməkdaşları pilotun evində olub, onun həyat yoldaşı Könül Atakişiyeva və qayınanası Məhbubə xanımla söhbətləşiblər.

Məhbubə xanım kamera qarşısında danışmaqdan imtina etsə də, Rəşaddan ürək yanğısı ilə söz açıb. Qayınanası deyir ki, Rəşad ailəsinə, övladlarına bağlı biridir. Hətta işdən kənar 1 saat vaxtı qalanda da bu zamanı mütləq onlarla birlikdə keçirməyi sevir.

Elə xanımı Könüllə də sevib ailə həyatı qurub:

"Gözləyirik biz. Allahdan möcüzə istəyirik. Rəşad güclü insandır”.

Qabil Hüseynli isə deyir ki, Rəşad çox yumşaq xasiyyətli adamdır:

"Nizam-intizamı çox sevir, kollektivdə də böyük hörmət qazanıb. Komandiri deyir ki, hansı işə buyursaq, Rəşad ona "baş üstə” deyir və o işi layiqincə yerinə yetirir. Onun bir dəfə də olsun nəyəsə etiraz etdiyini görməmişik”.

Qeyd edək ki, Rəşad Atakişiyevin 3 və 7 yaşında 2 oğul övladı var. 

Qeyd edək ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəza nəticəsində MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol