• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda maqnit qasırğası gözlənilir, güclü külək əsəcək

Azərbaycanda maqnit qasırğası gözlənilir, güclü külək əsəcək
05.08.2019 13:00
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.


Rəsədxanadan Qaynarinfo-ya verilən məlumata görə, Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. SDO/AIA 304 görüntülərində 4 avqust /16.40 UTC-də NE kvadrantında filament (sap) püskürməsi qeydə alınıb. Koronoqraflarda CME (Coronal Mass Ejections – Tac kütlə atılması) görüntüləri əldə olunduqdan sonra analizi həyata keçiriləcək.


2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur, 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.


Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunmuşdur. Günəş küləyinin sürəti ortalama 335 km/san olmuşdur. Ümumi maqnit sahəsi 2-5 nT intervalında olub. Bzkomponenti +2 və -4 nT intervalında zəif dəyişmişdir. Phi bucağı 04 avqust/08.50 UTC-ə qədər dəyişkən olub.


Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=3, 4).


Kosmik hava proqnozu – Proqnoz dövründə (5 - 7 avqust) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.


2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (5 – 7 avqust) CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effektinin güclənməsi hesabına yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (5 – 7 avqust) fon səviyyələrində davam etməsi gözlənilir.


Proqnoz dövründə (5 - 7 avqust) Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. STEREO-A PLASTIC kosmik aparatının verdiyi məlumatlara görə küləyin sürəti 575 – 600 km/san-yə qədər artacaq.


Proqnoz dövründə ilk iki gün (05, 06 avqust) müsbət qütblülüyə malik CH HSS effektinin təsiri ilə G1- Minor aşağı (Kp=5) səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Sonuncu proqnoz günü isə (07 avqust) geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə (Kp=3, 4) əvəzlənəcək. ümumən sakitlik (Kp=2, 3) proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 15%-dən, sonuncu gün isə 10%-dən aşağı qiymətləndirilir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol