• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Yol Polisindən sürücülərə vacib XƏBƏRDARLIQ

Dövlət Yol Polisindən sürücülərə vacib XƏBƏRDARLIQ
05.08.2019 16:23
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin küləkli olması ilə bağlı bütün hərəkət iştirakçılarına müraciət edib.

Oxu.Az-a daxil olan müraciətdə Bakı şəhəri və respublikanın digər ərazilərində hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilib.

Bildirilir ki, sürücülər nəqliyyat vasitələrinin hündür binaların yaxınlığında, eyvanların altında saxlamasınlar:

"Belə ki, binanın fasadından düşən parçalar nəqliyyat vasitələrinə, sürücü və sərnişinlərə xəsarət yetirə, əmlaka ziyan vura bilər. Həmçinin hündür və aşmağa meyilli ağacların ətrafında da avtomobili park etmək təhlükəlidir. Piyadalardan və sərnişinlərdən xahiş edirik ki, küçə və yollarda hərəkət edərkən son dərəcə diqqətli olsun, binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

Bundan əlavə, qeyd etmək istəyirik ki, sürücülər hərəkətdə olan zaman hava şəraiti ilə bağlı baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də yarana biləcək təhlükəli vəziyyətlərdə özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə ciddi əməl etməli, yüklərin daşınması zamanı yükləri düzgün qablaşdırmalı, ötmə və manevr hərəkətləri edən zaman daha da diqqətli olmalıdırlar”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol