• $
  • €
  • ₽
  • ₺
  • £

“Yaponçik”in varisi qətlə yetirildi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO (+18)

“Yaponçik”in varisi qətlə yetirildi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO (+18)
05.08.2019 21:26
Nüfuzlu "vor zakon” Aleksey Petrov ("Petrik” və ya "Lenya Xitrıy” ) Ukraynada yaşadığı evin qarşısında xüsusi amansızlıqla öldürülüb.


Bakupost Virtualaz.org-a istinadən xəbər verir ki, "vor zakon”a divan tutulmasına dair kadrları yerli Strana.ua portalı yayıb.


Kadrlardan görünür ki, iki nəfər kriminal avtoriteti döyür, onlardan biri "Petrik”i bıçaqla vurur. Həmin şəxslər kriminal avtoriteti həyətdə dayanmış cipin arxasına çəkir, bir az sonra killerlər oradan çıxır. Onların əlləri və paltarı qan içindədir.


Məlumata görə kriminal avtoriteti döyəndən sonra onun boğazını kəsiblər.


"Petrik” cinayətkar aləmdə unikal şəxsiyyət hesab olunurdu. O, hələ ötən əsrin 70-ci illərinin sonlarında Moskvanın şimal-şərqindəki Mazutlu keçiddə SSRİ-nin ilk mütəşəkkil cinayətkar qruplaşmalarından birini yaradıb, həmin qruplaşma "Mazutinsk qruplaşması” kimi tanınıb.


"Petrik” habelə məşhur "vor zakon”, kriminal aləmin kralı hesab edilən Vyaçeslav İvankov ("Yaponçik”) vurulanda onu xəstəxanada ilk ziyarət edən adam olub. "Yaponçik” ona bir neçə kəlmə söz deməyə imkan tapıb, sonra komaya düşüb və bir daha ayılmayıb. Deyilənə görə "Yaponçik” işlərini "Petrik”ə vəsiyyət edib.


Ukraynada isə Aleksey Petrov sənaye müəssisələrinin istehsalat tullantılarının realizasiyası ilə məşğul idi və kriminal işlərdən çəkilmişdi. O, Zaparojets vilayətindəki Vtromaysk qəsəbəsindəki fərdi evində yaşayırdı.
 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol