• $
  • €
  • ₽
  • ₺
  • £

3 minə yaxın iş yeri açılacaq - RƏSMİ

3 minə yaxın iş yeri açılacaq - RƏSMİ
28.05.2020 22:47
"Sənaye parklarında və məhəllələrində 11 mindən çox iş yeri açılıb və daha 3 minə yaxın iş yerinin açılması nəzərdə tutulur".

Qaynarinfo xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, sənaye parklarında 10 yeni rezident istehsala başlayacaq: 

"Sənayedə yeni modellərin tətbiqi, sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər innovativ müəssisələrin yaradılmasına, ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə böyük imkanlar açır. Qeyd edək ki, hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. İndiyədək sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Bu rezidentlərin 24-ü artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 10 rezident istehsala başlayacaq.

İndiyədək sənaye parklarında 1,5 milyard manatlıq məhsul istehsal edilib. Bu məhsulların 300 milyon manatlıq hissəsi xarici ölkələrə ixrac olunub. Sevindirici haldır ki, bu günlərdə Balaxanı Sənaye Parkının rezidenti istehsal etdiyi mebel məhsullarının ABŞ-a ixracına başlayıb".

Şahin Mustafayevin sözlərinə görə, 51 aqroparkın yaradılması nəzərdə tutulub: 

"Aqroparkların yaradılması istiqamətində tədbirlər görülür ki, bu da regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması ilə yanaşı, ixracyönümlü məhsulların istehsalında əhəmiyyətli rol oynayır. Ölkəmizdə 51 aqroparkın yaradılması ilə bağlı ciddi addımlar atılır. Artıq 22 aqropark fəaliyyətdədir, bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Bu layihələrin icrası nəticəsində 4 mindən çox yeni iş yerinin yaradılması proqnozlaşdırılır".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol