SON DƏQİQƏ: Bakıda dəhşətli qəza 2 nəfər öldü, 12 nəfər yaralandı

Hövsan qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avqustun 5-də saat 17 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Əsgərovun idarə etdiyi "Mercedes" və N.Həşimovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, nəticədə avtomobillərdə olan sərnişinlərdən Əjdər Xudaverdiyev və Əli Musayev ölüb, digər 12 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib