• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ” Kipr polisinə müraciət etdi - Erməni TƏXRİBATI

“Qarabağ” Kipr polisinə müraciət etdi - Erməni TƏXRİBATI
06.08.2019 14:34
"Qarabağ” APOEL-lə bu gün keçiriləcək oyunda mümkün təxribatların qarşısını almaq üçün Cənubi Kipr klubuna müraciət edib.

Bu haqda qol.az saytına Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib.

Əsgərovun sözlərinə görə, ötən həftə APOEL-ə və klub vasitəsi ilə Cənubi Kipr polisinə ünvanlanan müraciətdə stadiona Dağlıq Qarabağın separatçı rejiminin bayrağının buraxılmaması xahiş olunub.

"Bizə bildirildi ki, tribunada Yunanıstanın bayrağı olacaq. Bunu normal qəbul edirik. Azərbaycan klublarının da oyunlarında Türkiyənin bayrağı açılır.

Tanınmayan, qondarma respublikanın bayrağı isə stadiona buraxılmayacaq. Ola bilər, kimsə gizli şəkildə "bayrağı” tribunaya keçirsin. Amma görünən kimi, oradan yığışdırılacaq. Bununla əlaqədar görüşümüz olub və bizə vəd edilib ki, həm bu, həm də digər təxribatların qarşısı alınacaq” – deyə klub rəsmisi bildirib.
O, "Qarabağ”ın APOEL-lə münasibətlərinin normal olduğunu deyib: "Biz mümkün təxribatın qarşısını almaq üçün zəmanət almışıq”.
Qeyd edək ki, Nikosiyadakı GSP stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol