• $
  • €
  • ₽
  • ₺
  • £

İlanlar “28 Mall”a girib - “Yumurtaları varsa, çoxala bilərlər”

İlanlar “28 Mall”a  girib - “Yumurtaları varsa, çoxala bilərlər”
07.08.2019 12:30


"28 Mall” ticarət mərkəzinin parkinqində ilanların olduğunu əks etdirən görüntülər insanlar arasında təşvişə səbəb olub. Bu AVM-nin gün ərzində minlərlə insana xidmət göstərdiyini nəzərə alsaq, insanların narahatlığı başadüşüləndir. Əsas məsələ odur ki, bu, ilanların ilk göründüyü yer deyil. Əvvəllər Bakı bulvarında bir neçə dəfə ilanlara rast gəlinib.
Maraqlı bir məqam var ki, ilanlar ticarət mərkəzində necə peyda olub?
Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifovla əlaqə saxlayıb.

E.Yusifov deyib ki, şəhərdə ilanların olması və ticarət mərkəzlərinə girməsi mümkünsüzdür. Ehtimal olunur ki, ilanların yumurtası rayondan tədarük olunan məhsullarla gəlib.
"Əlverişli vəziyyət olduğu zaman da çıxıb. İndi də artıq görünməyə başlayıblar. İlan heç vaxt şəhərdə ola bilməz. İlanlar səs-küyü sevmir, insanlardan uzaqda yaşamağa çalışır. Onların insanı sancması müdafiə reaksiyasıdır.
Təhlükə hiss etdiyi üçün hücum edir. Bu səbəbdən ilanlar heç bir zaman şəhərdə məskən salmır. Yalnız hansısa formada gətirilə bilər. Daha çox da ərzaq məhsullarında ola bilər. Belə ki, onun yumurtaları ərzaq məhsullarına düşdüyü üçün sonradan böyüyə bilər. 
Həmçinin, ilanın özü sərinləmək üçün kartof, soğan və ya başqa ərzaq yeşiyinin içərisinə də girə bilər. Nəzarət olmadığı zaman da yeşiklərin içərisində Bakıya gəlmiş olur”. 
İnstitut direktoru bulvarda ilanların olmasının mümkün hal olduğunu bildirib:
"Onlar su ilanı ola bilər. Çünki su ilanları üzüb sahilə çıxa bilirlər. Həmçinin, estakadaların altı sakitdir. İlanlar orada yaşayıb yayıla bilərlər. Azərbaycanda su ilanın iki növü var. Təhlükəli də deyillər.  
Ümumilikdə götürəndə isə ilanlar şəhərdə çoxala bilməyəcəklər. Amma çoxlu yumurtaları olsa, çoxalma ehtimalı var ki, bu da çox azdır”.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol