• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bir gündə 4 nəfər bu səbəbdən öldü – 2-si qadındır

Azərbaycanda bir gündə 4 nəfər bu səbəbdən öldü – 2-si qadındır
07.08.2019 13:06
Daxili İşlər Nazirliyi ötən gün baş vermiş yol qəzaları ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 6-da saat 17 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Allahverdiyev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zöhrə Süleymanovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bundan başqa Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Kazımov idarə etdiyi "Mitsubishi” markalı avtomobillə yolu keçən Hökməli qəsəbə sakini Rəvan Abdinovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Daha bir ağır qəza avqustun 6-da saat 17 radələrində Beyləqan rayonunun 2-ci Aşıqlı kəndi ərazisində qeydə alınıb. Qazax rayon sakini H.Qapaqovun idarə etdiyi "DAF” və Beyləqan şəhər sakini S.Mehdiyevin idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə S.Mehdiyevin sərnişini Ayşən Xıdırlı hadisə yerində ölüb.

Daha bir piyada vurulması isə dünən saat 20 radələrində Ağstafa rayonunun Muğanlı kəndi ərazisində baş verib. Kənd sakini Ş.Bayramov idarə etdiyi "VAZ-21015” markalı avtomobillə yolu keçən həmkəndlisi Faiq İbrahimovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Bütün faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol