Peşə məktəblərinə sənəd verənlərin sayı açıqlanıb

2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu avqustun 20-dək davam edəcək.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu gün saat 15:00-dək olan məlumata əsasən, artıq 3 300-dən çox vətəndaş müraciəti qeydə alınıb.
Müraciət edənlər əsasən aşpaz, dərzi, heyvandarlıq mütəxəssisi, turizm təşkilatçısı və aqroservis mütəxəssisi ixtisaslarına üstünlük veriblər.
Sənəd qəbulu "ASAN xidmət” mərkəzlərində, "ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.
Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.
Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.
Nəticələrin avqustun 21-də elan olunması nəzərdə tutulub.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib